Aşura Günü iyun ayının 25-də qeyd ediləcək.
Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq, Qafqaz Müsəlmanları İdarəsindən(QMİ) məlumat verilib.
"Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası və səlahiyyətli nümayəndələri müsəlman qardaş və bacıların nəzərinə çatdırır ki, Hicri-qəməri təqvimi ilə 1447-ci il başa çatır, yeni 1448-ci ilin başlanğıcı – Məhərrəm ayının 1-i Türk Dövlətləri Təşkilatı Müsəlman Dini İdarə rəhbərləri Şurasının Fətva şöbəsinin tərtib etdiyi təqvimə, həmçinin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Şamaxı Astrofizika Rəsədxanasının hesablamalarına əsasən, Miladi təqvimlə 16 iyun tarixinə, Aşura isə 25 iyun tarixinə təsadüf edəcəkdir, inşallah",-deyə QMİ-dən bildirilib.