Modern.az

Motoqəzada qızı ölən vəkildən atalara TÖVSİYƏ

Motoqəzada qızı ölən vəkildən atalara TÖVSİYƏ

Aktual

Bu gün, 10:04

Tanınmış vəkil, professor Fərhad Mehdiyev qızının faciəvi ölümündən sonra sosial şəbəkə hesabında valideynlərə, xüsusilə atalara müraciət edərək tövsiyə verib. O, böyük mənəvi ağrı içində övlad tərbiyəsində valideyn nəzarətinin nə qədər həyati əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Modern.az xəbər verir ki, professor son illərdə qızının müstəqil seçimlərinə daha çox sahə tanıdığını, lakin indi bunun böyük peşmanlığını yaşadığını qeyd edib:

"Valideyinlərə, xüsusilə atalara tövsiyyələrim var, bunları nəzərə alın ki həyat sizi yandırmasın.

Son 2 ildir ki mən qızımın tərbiyyəsinə ciddi qarışmırdım, - reklam çəkib pul qazanırdı, hətta mənə "ata bloqqerlər vəkillərdən çox pul qazanır" deyirdi. Bir tərəfdən müstəqil, digər tərəfdən də doğru bir həyat yaşamasını istəyirdim. Mən onun həkim olmasını istəyirdim, tibbə hazırlığa getməkdə də bütün xərclərini qarşılayacağımı demişdim. Fikrini dəyişə bilmirdim, o da incəsənətdə oxumaqda israrlı idi.

Övladlarınız üzərində ciddi nəzarəti əldən verməyin. Sizə "pis ata", lap "abyuser" desinlər; səbrlə uşaqlarınızı 23- 25 yaşına qədər yönləndirməyə, nəzarət etməyə davam edin.

Siz onlara nəzarət etməsəniz - "öz həyatım var, işlərim çoxdur" deyə - bir gün peşmanlığınız və ağrılarınıza, mənəvi əzablarınıza nəzarət edə bilməyəcəksiniz.

Uşağın hər ürəyi istədiyini, istədiyi həyatı deyil, sizin onun üçün seçdiyi həyatı verin. Sevgi, qayğı və nəzarətdən ibarət bir tərbiyə vermək hər bir valideynin funskiya və borcudur.

Həyatda ən böyük investisiya uşaqlarınızdır, o məsələdə udsanız, digər heç bir şeydə udmasanız belə, sizə qəm yoxdur. Övlad məsələsində uduzan valideynin isə əslində heç bir qazancı, təsəllisi yoxdur".

Sizə yeni x var
Keçid et
Türkiyədə Zəngəzur dəhlizinə TURAN deyildi -Ermənistanda ara qarışdı -Xəbəriniz Var? - Media Turk TV