Modern.az

Rəna Məmmədovaya TƏBİB-də vəzifə verildi 

Rəna Məmmədovaya TƏBİB-də vəzifə verildi 

Aktual

Bu gün, 12:12

Rəna Məmmədova TƏBİB-in İcraçı direktorunun yeni müşaviri vəzifəsinə təyin edilib.

Modern.az xəbər verir ki, o, hazırkı təyinatınadək “Paşa Sığorta” ASC-nin Baş tibb inzibatçısı olaraq fəaliyyət göstərib.

Qeyd edək ki, R.Məmmədova Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsində həkim-onkoloq ixtisası üzrə təhsil alıb. Səhiyyə idarəçiliyi sahəsindəki fəaliyyətini genişləndirmək məqsədilə o, daha sonra Azərbaycan Dövlət İqtisad Universitetində beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə ikinci ali təhsilə yiyələnib.

Əmək fəaliyyətinə 2001-ci ildə Mərkəzi Neftçilər Xəstəxanasında həkim-cərrah olaraq başlayan R.Məmmədova, sonrakı illərdə həmin tibb müəssisəsində tibbi sığorta üzrə həkim-koordinator vəzifəsində çalışıb. Bu müddət ərzində o, tibbi xidmətlərin təşkili, səhiyyə idarəçiliyi və tibbi sığorta sahəsində zəngin peşəkar təcrübə qazanıb.

O, 2010-cu ildən etibarən “Paşa Sığorta” ASC-də Tibbi və səfər sığortası departamentinin rəhbəri, daha sonra isə Tibbi sığorta blokunun rəhbəri vəzifələrində çalışıb. Rəhbərlik etdiyi dövrdə tibbi sığorta, xidmətlərin təşkili, səhiyyə müəssisələri ilə əməkdaşlıq mexanizmlərinin inkişafı, tibbi xidmətlərin keyfiyyətinin artırılması və pasiyentyönümlü yanaşmaların tətbiqi istiqamətində uğurlu layihələrə imza atıb. Səhiyyə idarəçiliyi, tibbi sığorta və insan resurslarının idarə olunması sahələrində müxtəlif beynəlxalq ixtisasartırma proqramlarının iştirakçısı olub.

Yeni vəzifəsində Rəna Məmmədova tibbi sığorta fəaliyyətlərinin inkişafı və pasiyentyönümlü xidmətlərin təkmilləşdirilməsi istiqamətlərində TƏBİB-in fəaliyyətinə rəhbərlik edəcək və bu sahəyə öz töhfəsini verəcək.

Sizə yeni x var
Keçid et
Türkiyədə Zəngəzur dəhlizinə TURAN deyildi -Ermənistanda ara qarışdı -Xəbəriniz Var? - Media Turk TV