Modern.az

"Sinirlərimi kəsib" - əməliyyatda rəqs edən həkimdən yenə ŞİKAYƏT VAR

"Sinirlərimi kəsib" - əməliyyatda rəqs edən həkimdən yenə ŞİKAYƏT VAR

Aktual

Bu gün, 12:40

Paytaxtda özünü həkim-kosmetoloq kimi təqdim edən, "Dr. Gülü" ləqəbi ilə tanınan Gülbadə Abdullayeva barəsində növbəti dəfə iddialar irəli sürülüb.

Modern.az-ın məlumatına görə, İnci Babayeva adlı vətəndaş sosial şəbəkə hesabında keçirdiyi uğursuz plastik əməliyyatdan sonrakı qorxunc vəziyyətini əks etdirən görüntülər paylaşıb.

Şikayətçi bir neçə gün əvvəl “Büllur” klinikasında Gülbadə Abdullayeva tərəfindən üzgərmə əməliyyatı olunduğunu, lakin prosedurdan sonra ağır fəsadlarla üzləşdiyini qeyd edib:

“Ağzımın sağ tərəfini hiss etmirəm, sinirlərimə toxunublar. Mənimlə maraqlanan yoxdur. Qanaxmalı vəziyyətdə şəkillərimi göndərirəm, bunun normal olduğunu deyirlər. Gülbadə xanımın qəbuluna ümumiyyətlə düşə bilmirəm. Yaramın üstünü açanda məlum oldu ki, tikişlərim ümumiyyətlə bağlanmayıb. Dünən öyrənmişəm ki, sən demə, o, qanunsuz fəaliyyət göstərirmiş. Bu adamın diplomu yoxdur, heç bir tibbi sənədi olmadan işləyir. Hətta eşitmişəm ki, o, əvvəllər saç ustası işləyib”.

Aldığı ağır bədən xəsarətlərinə görə hüquqi müstəvidə mübarizə aparacağını deyən İ.Babayeva, digər zərərçəkmiş qadınları da qorxmamağa və birlikdə hərəkət etməyə çağırıb:

“Bu gün Gülbadə Abdullayevanı Azərbaycan Respublikasının Baş Prokurorluğuna şikayət etməyə gedəcəm. Əgər o "həkimlə" bağlı şikayət etməkdən çəkinən, həmin qadının şantajlarından qorxan varsa, çəkinmədən, qorxmadan, tam qanuni çərçivədə şikayət etmək üçün mənimlə birlikdə Respublika Prokurorluğuna gedə bilər. Gülbadənin mənim kimi bu vəziyyətə saldığı hansısa pasiyenti varsa, mənə yazsın, qorxmasın. Biz indi şikayətçi olmasaq, neçə-neçə qadınlar bizim günümüzə düşəcək".

Vətəndaş bildirib ki, müvafiq əməliyyat üçün xəstəxana oldan 375 manat ödəniş alıb:

"Gülbadə ilə barışmağım üçün heç kəs mənə zəng edib xahiş etməsin! Əməliyyat üçün 375 manat ödəniş etmişəm. İstəyir sadə humanizm olsun, istəyir mənə 3 milyon təklif etsin, mən o qadından olan şikayətimi əsla geri çəkməyəcəm! Bu barədə məni narahat etməyin”.

Xatırladaq ki, bu, “Dr. Gülü” ilə bağlı yaşanan ilk qalmaqal deyil. Bundan əvvəl də Gülbadə Abdullayevanın əməliyyat zamanı qeyri-etik görüntüləri yayılmışdı. Sözügedən kadrlar ictimaiyyətdə böyük rezonans doğurduqdan sonra Səhiyyə Nazirliyi araşdırmalara başlamışdı.

Nazirliyin rəsmi açıqlamasında qeyd olunmuşdu ki, Gülbadə Abdullayevanın adı tibb işçilərinin vahid reyestrində yoxdur və onun ölkə ərazisində hər hansı bir tibbi fəaliyyətlə məşğul olmaq səlahiyyəti mövcud deyil. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putini ürəyindən "VURDULAR" - Rusiya q*an ağlayır - Gündəm Masada - Media Turk TV