Modern.az

Marketlərdəki ucuz yumurtalarla bağlı araşdırma aparılır 

Marketlərdəki ucuz yumurtalarla bağlı araşdırma aparılır 

Aktual

Bu gün, 15:49

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) son günlər sosial şəbəkələrdə daxili bazarda 3-4 qəpikdən 1 qəiyə qədər təklif edilən yumurtaların keyfiyyəti ilə bağlı yayılan iddialara cavab verib.

Qurumdan Modern.az-a bildirilib ki, ölkədə satışda olan ərzaqlıq yumurtaların keyfiyyət və təhlükəsizlik göstəriciləri nəzarətdədir:

"Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ərzaqlıq yumurtaların keyfiyyət və təhlükəsizlik göstəriciləri üzrə daimi olaraq monitorinq və yoxlama-nəzarət tədbirləri aparılır. Keçirilən yoxlamalar zamanı hər hansı bir uyğunsuzluq aşkarlanmayıb. Satışda olan məhsullar müvafiq baytarlıq arayışı və ekspertiza aktları ilə tam təmin olunub".

AQTA həmçinin vətəndaşları ayıq-sayıq olmağa çağırıb və bəyan edib ki, istehlakçılar qida sahəsində, o cümlədən yumurta satışı zamanı hər hansı konkret uyğunsuzluqla qarşılaşarlarsa, faktlarla bağlı dərhal agentliyin "1003 - Çağrı Mərkəzi"nə müraciət edə bilərlər.

Xatırladaq ki, son günlər Azərbaycanda əvvəllər 10-20 qəpiyə təklif edilən yumurtaların qitmətində kəskin ucuzlaşma müşahidə olunur. 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Rusiyaya DƏHŞƏTLİ HÜCUM - Şəhərlər raketlərlə bombalanır