Modern.az

Azərbaycanın Yaxın Şərqdə təsiri böyükdür - AÇIQLAMA

Azərbaycanın Yaxın Şərqdə təsiri böyükdür - AÇIQLAMA

Aktual

Bu gün, 10:36

Bütün dünya sadəcə ABŞ və Çin kimi fövqəldövlətlərdən ibarət deyil. 

Modern.az xəbər verir ki, bunu “Azərbaycan orta güc kimi: xarici siyasət, regional təsir və qlobal iştirak” mövzusunda keçirilən konfransda  Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin direktoru Eldar Namazov bildirib. 


O qeyd edib ki, orta güc konsepsiyası özündə hərbi gücü, iqtisadi potensialı və yumşaq gücü ehtiva edir:

"Azərbaycan bu gün nəinki ölkə daxilində, hətta regiondan kənarda da müəyyən layihələr həyata keçirir. Orta güc konsepsiyası da məhz o deməkdir ki, Azərbaycanın potensialı regional çərçivədən daha genişdir. Ölkəmiz qeyd olunan hər üç komponentə sahibdir".

Azərbaycanın regiondakı çəkisinə toxunan mərkəz rəhbəri ölkəmizin aparıcı rolunu xüsusi vurğulayıb:

“Azərbaycan həm ərazi, həm əhali, həm də iqtisadi baxımdan Cənubi Qafqazın ən böyük ölkəsidir. Bununla yanaşı Orta Dəhliz kimi layihələrdə də çox mühüm rol oynayırıq. Məhz buna görə də bütün qlobal güclərin bu regionda böyük maraqları var. Belə bir regionun lider dövləti olmaq beynəlxalq məsələlərdə həlledici rol oynamaq üçün tamamilə kifayət edir. Hazırda Azərbaycanın Yaxın Şərqdə də təsiri olduqca böyükdür”.

E.Namazov diqqətə çatdırıb ki, bütün bu gücə baxmayaraq, orta güc statusunu itirmək bir o qədər də asandır. Ona görə də daim çalışmaq lazımdır ki, statusumuzu itirməyək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada TƏŞVİŞ BAŞLADI - Ukrayna hər yeri bombalayır!