Modern.az

Ölkədaxili turizmə maraq artır

Ölkədaxili turizmə maraq artır

Aktual

Bu gün, 17:28

Azərbaycanlıların ölkədaxili turizmə marağı artmaqda davam edir. Ötən il ölkə daxilində səyahət etmək üçün satılan turizm paketlərinin sayı əvvəlki illə müqayisədə artıb.

Modern.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin "Azərbaycanda turizm - 2026" statistik məcmuəsində məlumat yer alıb.

Məlumata görə, 2025-ci ildə Azərbaycan vətəndaşlarına ölkədaxili səyahət üçün 8 min 483 turizm paketi satılıb. Bu göstərici 2024-cü ildə 6 min 841, 2023-cü ildə isə 5 min 399 olub. Beləliklə, son iki ildə daxili turizm paketlərinin satışında davamlı artım qeydə alınıb.

Hesabata əsasən, ölkədaxili turizm paketlərinin ümumi dəyəri də yüksələrək 2 milyon 751 min manat təşkil edib. Bu rəqəm 2024-cü ildə 2 milyon 404,7 min manat, 2023-cü ildə isə 2 milyon 98 min manat olub.

Ümumilikdə isə 2025-ci ildə turagent və turoperatorlar tərəfindən 86 min 147 turizm paketi satılıb. Onların böyük hissəsi xarici səfərlər üçün olsa da, statistika ölkədaxili turizmə marağın da ildən-ilə artdığını göstərir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanı DAĞIDIN! - Zelenski orduya təcili göstəriş verdi - Gündəm Masada