Bu gündən etibarən Rusiyaya vizasız səfər edən Azərbaycan vətəndaşları üçün yeni qayda tətbiq edilir.
Modern.az xəbər verir ki, iyulun 1-dən Rusiya ilə vizasız rejimi olan ölkələrin, o cümlədən Azərbaycan vətəndaşlarının ölkəyə giriş zamanı "Gosuslugi RuID" mobil tətbiqindən istifadə etməsi məcburidir.
Məlumatı Rusiya Dövlət Dumasının Nəzarət Komitəsi sədrinin birinci müavini Dmitri Qusev açıqlayıb. Onun sözlərinə görə, yeni tələbin məqsədi ölkəyə giriş prosesində təhlükəsizliyi və nəzarəti gücləndirməkdir.
Yeni qaydalara əsasən, Rusiyaya səfər etməyi planlaşdıran Azərbaycan vətəndaşları ölkəyə daxil olmamışdan ən geci 72 saat əvvəl "Gosuslugi RuID" tətbiqi vasitəsilə müvafiq müraciət etməlidirlər.
Qayda Belarus vətəndaşlarına, 6 yaşınadək uşaqlara, diplomatlara, xidməti pasport sahiblərinə və rəsmi nümayəndə heyətlərinin üzvlərinə şamil edilmir.