Modern.az

Ursula Fon der Layen Azərbaycanla bağlı paylaşım edib

Ursula Fon der Layen Azərbaycanla bağlı paylaşım edib

Aktual

Bu gün, 17:01

Avropa Komissiyasının Prezidenti Ursula Fon der Layen Azərbaycana səfərinin məqsədləri ilə bağlı paylaşım edib.

Modern.az xəbər verir ki, o, sosial şəbəkə hesabında Bakıya gəldiyini bildirərək Avropa İttifaqının Cənubi Qafqazla bağlı baxışını açıqlayıb.

"Avropa İttifaqı Cənubi Qafqazın əlaqəli, sülh və rifah içində olan parlaq gələcəyinə inanır. Biz bu gələcəyin qurulmasına kömək etmək istəyirik", – deyə Ursula Fon der Layen qeyd edib.

O bildirib ki, səfərinin əsas məqsədlərindən biri də Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlığı daha da dərinləşdirməkdir.

"Biz ticarətdən nəqliyyata, enerjidən iqtisadiyyata qədər bütün istiqamətlər üzrə əməkdaşlığı inkişaf etdirmək niyyətindəyik", – deyə Avropa Komissiyasının Prezidenti vurğulayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanı DAĞIDIN! - Zelenski orduya təcili göstəriş verdi - Gündəm Masada