Modern.az

Heç bir səhiyyə sistemi resursa doymur - TƏBİB

Heç bir səhiyyə sistemi resursa doymur - TƏBİB

Aktual

8 İyul 2026, 11:16

Simulyasiya mərkəzləri beynəlxalq təcrübədə xüsusi yer tutur və tibb peşəsində peşəkarlığı artırmaq üçün vacibdir.


Modern.az xəbər verir ki, bunu Yeni Klinikada Simulyasiya və Təlim Mərkəzinin açılış mərasimində TƏBİB-in İcraçı direktorunun müavini Bahadur Rzayev deyib. Onun sözlərinə görə, bütün dünyada heç bir səhiyyə sistemi resursa doymur, ona görə də hər zaman bu proses davamlı təşkil olunmalıdır.


Bu mərkəzin xüsusilə Yeni Klinikada açılması TƏBİB komandasına çox böyük töhfələr verəcək. Mərkəz dövlət-vətəndaş cəmiyyətinin uğurlu partnyorluğunun nümunəsidir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin Paşinyanı Moskvaya çağırdı: Hesabat vaxtıdır!