Modern.az

Yeni Klinikada tibbi simulyasiya mərkəzi açıldı

Yeni Klinikada tibbi simulyasiya mərkəzi açıldı

Aktual

8 İyul 2026, 11:48

Yeni Klinika ilə “Sağlamlığa Xidmət” İB arasında Simulyasiya və Təlim Mərkəzinin təhvil-təslim aktı imzalanıb.

Modern.az xəbər verir ki, sənəd “Yeni Klinika”nın direktoru Zəhra Vəzirova və “Sağlamlığa Xidmət” İctimai Birliyinin direktoru Elçin Muxtarlı tərəfindən imzalanıb.

Təhvil-təslim aktının imzalanması ilə Simulyasiya və Təlim Mərkəzinin rəsmi fəaliyyəti təmin olunub. Mərkəzin tibb işçilərinin peşəkar bilik və bacarıqlarının, xüsusilə də simulyasiya əsaslı praktik təlimlər vasitəsilə inkişaf etdirilməsinə xidmət edəcəyi bildirilib.

Whatsapp
Bizə yazın!
Keçid et
GƏRGİN MÜZAKİRƏ! Ukrayna savaşı dayandırılır - Qalib kim olacaq?