Yazıçı Rauf Qərib Alagöz Borçalı bölgəsində İranın dini və ideoloji təsirinin gücləndiyini iddia edib.
Modern.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Rauf Qərib Ələgöz paylaşımında Borçalıda İranın təsirinin ciddi həddə çatdığını irəli sürərək, bölgədə türkçülük ideologiyasının din adı altında sıxışdırıldığını iddia edib.
O, həmçinin bəzi gənclərin dini liderlərin göstərişlərini qeyd-şərtsiz qəbul etməsinin təhlükəli tendensiya olduğunu bildirib və bunun gələcəkdə daha ciddi nəticələr doğura biləcəyini vurğulayıb.