Modern.az

Azərbaycana qarşı döyüşmüş erməni generala pis xəbər

Azərbaycana qarşı döyüşmüş erməni generala pis xəbər

Aktual

Bu gün, 13:48

General-leytenant Norat Ter-Qriqoryants Ermənistan vətəndaşlığından məhrum edilib.

Modern.az xəbər verir ki, SSRİ və Ermənistan ordusunun general-leytenantı erməni mediasına bildirib ki, Ermənistan pasportunu təhvil verib. Bundan sonra ona Prezident Administrasiyasından vətəndaşlıqdan məhrum edildiyi barədə məlumat verilib.

Ter-Qriqoryants Ermənistana bir daha qayıtmayacağını deyib.

“Əlvida, mənim doğmalarım. Mən artıq heç vaxt Ermənistana gəlməyəcəyəm. Budur, bu qədər”, – general bildirib.

90 yaşlı Norat Ter-Qriqoryants 1992-1995-ci illərdə Ermənistan ordusunun Baş Qərargah rəisi, müdafiə nazirinin birinci müavini və nazir kimi çalışıb. O, Azərbaycana qarşı təcavüzdə aktiv iştirakçılardan biri olub.  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sabiq deputatla bloqer arasında dava - Canlıda ittihamlara cavab