Modern.az

Kim Kardaşyan Bakıya gəlir?

Kim Kardaşyan Bakıya gəlir?

Aktual

Bu gün, 17:31

Məşhur amerikalı teleulduz, 46 yaşlı Kim Kardaşyan Bakıya səfər edə bilər.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, onun mümkün səfəri sentyabrın 24-26-da Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran-prisi ilə bağlı ola bilər. Yarışın əsas ulduzlarından biri Kardaşyanın sevgilisi, yeddiqat dünya çempionu Luis Hemilton olacaq.

Kardaşyanın bu il Formula 1 yarışlarına marağı xüsusilə diqqət çəkib. O, iyun ayında Monako Qran-prisinə məhz Hemiltona dəstək olmaq üçün gedib. Kardaşyan bacısı Xloye ilə birlikdə görüntülənib və Ferrari qarajında Hemiltonu dəstəkləyib. Həmin yarışda Hemilton ikinci yeri tutub. Yarışdan sonra britaniyalı pilot Kardaşyanın dəstəyinin onun üçün “möhtəşəm” olduğunu bildirib.

Kardaşyanla Hemiltonun münasibətləri də son aylarda daha ciddi xarakter alıb. Cütlük əvvəlcə birlikdə görüntülənmələri ilə gündəmə gəlsə də, iyun ayında münasibətlərini sosial mediada açıq şəkildə nümayiş etdirib. Daha sonra birlikdə tətilə çıxmaları və romantik fotolar paylaşmaları onların münasibətlərinin davam etdiyini göstərib.

Hemiltonun Azərbaycan Qran-prisində iştirakı dəqiqdir. Kardaşyanın isə sevgilisinə dəstək üçün Bakıya gəlib-gəlməyəcəyi hələlik məlum deyil. Hazırda bununla bağlı nə Kardaşyandan, nə də onun komandası tərəfindən rəsmi açıqlama verilib.

Xatırladaq ki, Kim Kardaşyan ermənipərəst mövqeyi ilə tanınır.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Zelenskiyə ŞOK HÜCUM! - Öldürmək istədilər - Son anda...