Modern.az

Alimlər Ayda yadplanetli izlərini axtaracaq

Alimlər Ayda yadplanetli izlərini axtaracaq

Aktual

11 Sentyabr 2026, 03:00

Alimlər Ayın səthində milyardlarla il əvvəl mövcud olmuş ola biləcək yadplanetli texnologiyaların izlərini araşdırmağı təklif edirlər.

Modern.az xəbər verir ki, SETI İnstitutunun tədqiqatçıları mikroskopik hissələrin və ya süni mənşəli qalıqların uzun müddət ərzində Ayın səthində toplana biləcəyini düşünürlər.

Mütəxəssislərin fikrincə, Ay belə “kosmik arxeologiya” üçün Yer kürəsindən daha əlverişlidir. Buna səbəb Ayda atmosferin, suyun və aktiv geoloji proseslərin olmamasıdır. Yer üzündə mümkün izlər təbii proseslərin təsiri ilə məhv olduğu halda, Ay tozunda onlar milyardlarla il qala bilər.

İndiyədək SETI yadplanetli sivilizasiyaları əsasən radioteleskoplar vasitəsilə axtarırdı. Yeni yanaşma isə Ay torpağında kosmik fəaliyyət nəticəsində yarana biləcək fiziki izlərin araşdırılmasını nəzərdə tutur.

Alimlər vurğulayırlar ki, hələlik söhbət elmi fərziyyədən gedir və Ayda yadplanetli texnologiyaların mövcudluğuna dair sübut aşkarlanmayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Zelenski özündən çıxdı - Putinə görə Trampa ağır sözlər