Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Azərbaycana gözlənilən səfəri barədə yayılan məlumatları təkzib edib. O bildirib ki, hazırda belə bir səfər müzakirə olunmur.
Modern.az xəbər verir ki, Alen Simonyan bunu jurnalistlərin Bakıya mümkün səfərlə bağlı sualını cavablandırarkən deyib.
“Belə bir səfər barədə danışıqlar olmayıb və hazırda da yoxdur”, – Ermənistan rəsmisi bildirib.
Məsələ Bakıda məhkum edilmiş Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabendin Simonyana müraciətindən sonra gündəmə gəlib. Zonabend Ermənistan Təhlükəsizlik Şurasının katibinin Bakıya səfər edə biləcəyi barədə məlumat aldığını bildirərək onunla birlikdə Azərbaycana gəlməyə hazır olduğunu açıqlayıb.
Alen Simonyan qeyd edib ki, Ermənistan Təhlükəsizlik Şurasının əvvəlki katibi Armen Qriqoryanın vəzifədə olduğu dövrdə Azərbaycanın şəhərlərindən birində görüşün keçirilməsi planlaşdırılıb. Onun sözlərinə görə, həmin görüş Azərbaycan Prezidentinin köməkçisinin iyunda Dilicana səfərinə cavab xarakteri daşımalı idi.
Simonyan əlavə edib ki, nəzərdə tutulan görüş Bakı şəhərində keçirilməməli