Modern.az

Katolikosun getməsi üçün hər şey edəcəyik

Katolikosun getməsi üçün hər şey edəcəyik

Aktual

Bu gün, 13:37

Ermənistanın Baş naziri Nikol Paşinyan Erməni Apostol Kilsəsi ilə bağlı araşdırma komissiyasının yaradılacağını və katolikosun vəzifədən getməsinə şəxsən nail olacağını bildirib.

Modern.az yerli mediaya istinadən xəbər verir ki, Paşinyan hökumətin iclasından sonra keçirilən brifinqdə bu barədə danışıb.

Onun sözlərinə görə, komissiyanın işi nəticəsində “kilsənin zəbt edilməsinə son qoymaq” və “idarəçiliyi dindarlara vermək” məqsədilə qanunvericilik təşəbbüsləri hazırlanmalıdır.

Paşinyan iddia edib ki, Erməni Apostol Kilsəsindəki böhran hökumətin iradəsindən asılı olmayaraq mövcuddur. O, hökumətin kilsə ilə bağlı bu yaxınlarda yaydığı mübahisəli hesabatın yalnız media materialları əsasında hazırlandığını söyləyib.

“Dövlət bütün ermənilərin katolikosunun taxtı tərk etməsi üçün bütün təsir vasitələrindən istifadə edəcək”, – baş nazir bildirib.

Paşinyan katolikos haqqında sərt ifadələr də işlədib: "O kimdir ki, bizim ən müqəddəs məkanımızda otursun? O, heç kimdir...”

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyə sərhədinə raketlər yığıldı - İsraildən şok addım