Yolu azaraq Ermənistan ərazisinə keçən azərbaycanlı çoban Yaşar Əli oğlu Qasımov Azərbaycana qaytarılıb.
Modern.az xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.
Bildirilib ki, Qasımov oktyabrın 24-də Azərbaycanın səlahiyyətli orqanlarına təhvil verilib.
Qeyd edək ki, 1968-ci il təvəllüdlü Yaşar Qasımov Tovuz rayonunun Qoşa kəndinin sakinidir. O, oktyabrın 19-da saat 17:50 radələrində Ermənistanın Tavuş vilayətində aşkarlanıb.