Modern.az

YAP-ın Balakən təşkilatının sabiq sədri həbs edilib

YAP-ın Balakən təşkilatının sabiq sədri həbs edilib

Aktual

Bu gün, 14:04

Yeni Azərbaycan Partiyasının (YAP) Balakən rayon təşkilatının sədri vəzifəsindən azad edilən Azad Balayev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib.

Modern.az xəbər verir ki, Gununsesi.info-nun məlumatına görə, Azad Balayev sabiq icra başçısı İslam Rzayevin cinayət işi üzrə üzə çıxan faktlarla bağlı həbs edilib.

Qeyd edək ki, sabiq icra başçısı ötən ilin oktyabr ayında həbs olunub, ona Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) və 311.3.2 (təkrar rüşvətalma) maddələri üzrə ittiham irəli sürülüb.

İslam Rzayev oktyabrın 30-da Balakən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Şok xəbərdarlıq! İran vurulacaq - Ordu əmr gözləyir