Milli Qəhrəman Ehtiram Əliyevin səhhəti ilə bağlı yeni məlumat açıqlanıb.
Yeni Klinikadan Modern.az-a bildirilib ki, 1972-ci il təvəllüdlü Ehtiram Əliyevin müalicəsi hazırda Terapiya şöbəsində davam etdirilir.
Bildirilib ki, pasiyentə xroniki ürək çatışmazlığı, ağciyər ödəmi və anemiya diaqnozları qoyulub. Hazırda onun vəziyyəti orta ağır olaraq qiymətləndirilir.
Qeyd edək ki, Milli Qəhrəman Ehtiram Əliyev oktyabrın 18-də Yeni Klinikanın Reanimasiya şöbəsinə yerləşdirilmişdi. Həmin vaxt onun vəziyyəti kritik ağır qiymətləndirilirdi. Hazırda isə səhhətindəki vəziyyət orta ağır olaraq dəyərləndirilir.
Nicat Rüstəm