Modern.az

Sülh sazişi imzalana və ya sadəcə kağız üzərində qala bilər - Hikmət Hacıyev

Sülh sazişi imzalana və ya sadəcə kağız üzərində qala bilər - Hikmət Hacıyev

Aktual

Bu gün, 15:15

“Sülh sazişi imzalana və ya sadəcə kağız üzərində qala bilər”.

Modern.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Bakı Mədəniyyət və Media Dialoqu Platforması” çərçivəsində keçirilən “Sülhün dili və dezinformasiyaya qarşı mübarizə” mövzusunda xüsusi sessiyada deyib.

Prezidentin köməkçisi bildirib ki, sülh sazişi yalnız sənəd üzərində qalmamalı, ölkələrin həyatına real töhfə verməlidir:

“Azərbaycan üçün çoxillik müharibədən sonra sülhə nail olmaq asan deyildi. Prezident İlham Əliyev öz xoş məramını nümayiş etdirdi. Sülh sazişi Azərbaycan tərəfindən Ermənistana təqdim olundu, onun ilkin prinsipləri Azərbaycanda hazırlandı. Vaşinqton Sammitində sülh sazişi paraflandı. Bundan sonra da Azərbaycan sülhün təmin olunması istiqamətində mühüm addımlar atdı”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
GƏRGİNLİK ARTDI! Öz işinizlə məşğul olun! -Bakıdan İrana sərt cavab