Modern.az

Mənsum İbrahimov şəhid olan qardaşı oğlunu yad etdi - FOTOLAR

Mənsum İbrahimov şəhid olan qardaşı oğlunu yad etdi - FOTOLAR

Aktual

Bu gün, 17:41

Xalq artisti Mənsum İbrahimov Vətən müharibəsində şəhid olan qardaşı oğlu İsrafil İbrahimovu anım günü ilə bağlı yad edib.

Modern.az xəbər verir ki, xanəndə şəhidin fotosunu sosial şəbəkə hesabında paylaşaraq bu sözləri yazıb:

“Bu gün qəhrəman şəhidimiz İsrafil Zülfüqar oğlu İbrahimovun anım günüdür. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.

Qeyd edək ki, İsrafil İbrahimov Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edib. Cəbrayıl, Qurbadlı, Laçın uğrunda döyüşüb. Laçın uğrunda gedən döyüşlərdə şəhid olub. İsrafil İbrahimov Ağdamda dəfn edilib.  

Qəhrəman şəhid  "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Laçının azad olunmasına görə" medalları, 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
GƏRGİN MÜZAKİRƏ! Ukrayna savaşı dayandırılır - Qalib kim olacaq?