29 Noyabr 2018, 15:23 | Ana Səhifə - Yazılar - Tay-breykdə qazanılan parlaq qələbə
Tay-breykdə qazanılan parlaq qələbə

Vüsal Bağırlı


Yağışdan qurtulmaq üçün özümü içəri tələsik dürtdüyüm bina qapısından keçib, tələsik liftə təpilirəm. Blokda səssizlikdir. Qapını döyürəm. Açılar-açılmaz, qoltuğumda gizlətməyə çalışdığım taxta qutu ilə içəri girirəm.

7 yaşlı qızım və 4 yaşlı oğlum üstümə yüyürərək, gözaltı hədiyyəyə baxırlar. Balacalardan heç nə gizlətmək mümkün deyil. Onlar bir uşaq fəhmi ilə qeyri-adi bir şey aldığımı duyaraq sevinclə atılıb-düşürlər.

Mən sehrli qutunu açıb, içindəki qəribə fiqurları döşəməyə dağıdıram.

Birinci Nuray dillənir:

-       Ata bizə nə almısan. Oyuncaqdır?

Nurxan isə, “gəlin oynayaq” deyir.

Mən mümkün sadə cümlələrlə, şahmatın nə olduğunu, ağ-qara xanaların və fiqurların sayını, oyunun necə oynanıldığını, qaydaları başa salmağa çalışıram

-       Bax bu incə fiqur fildir,  kobud görünüşlü yoğun papaqlı isə topdur.

Məktəbə gedən qızım burada, artıq riyazı işarələri bilmə bacarığını nümayiş etdirir:

-       Ata bax, onun başında üstəgəl işarəsi var.

 

-       Düzdür. Bu şahmatın əsas fiquru olan şahdır. Bütün qalan fiqurların borcu onu qorumaq, mat olma təhlükəsindən uzaq tutmaqdır.

Birdən Nurxan ovcunda nəyi isə mohkəmcə sıxaraq qışqırır:

-       Ata, bilirsən əlimdəki nədir?

Ardınca,  bir söz deməyimə imkan vermədən səbirsizliklə qışqırır: 

-       At.

Sonra isə,  xəyali qılıncını havada yelləyərək, süvari döyüşü sayaq, o tərəf, bu tərəfə çapır.

At fiqurunu asanlıqla tanısalar da, onun ilk baxışdan bir az qəliz görünən gedişini anlada bilmirəm.

Bir azdan şahın, vəzirin, digər əyanların, rəiyyət sayılan piyadaların taxta üzərində düzgün düzülüşünü, hərəkətini, gedişlərini başa salıram.

Üz ifadələrindən hiss edirəm ki, söylədiklərim onlarda hədsiz maraq doğurur. Təmiz və saf uşaq beyni hər sözü, hər kəlməni göydə tutur.

Şahmat demişkən, bu arada Londonda, nəhayət ki, bu qədim oyunun planet üzrə ən yaxşı oyunçusu müəyyən olundu.

Gərgin, eyni zamanda yeknəsəq və darıxdırıcı keçən silsilə heç-heçələrdən sonra, rəqiblərdən biri axır ki, büdrədi. Xüsusi gərginliyi ilə seçilən 12 oyunluq klassik üslublu əsas partiyalar qalibi müəyyən etmədiyindən, 4 oyunluq sürətli şahmat oyunundan ibarət olan tay-breykə keçildi.

Burada isə Karlsen inamlı və cəsur oyunyla hər kəsi ovsunladı. Vikinq parlaq qələbə qazandı və növbəti iki il üçün titulunu qorudu.

Bu arada, “The Wall Street Journal”  Karuananın ABŞ-ı təmsil etməsinin maraqlı tarixçəsini açıqlayıb.

Xəbərdən məlum olur ki, “Yaxın keşmişə qədər İtaliyanı təmsil etmiş Karuananı milliləşdirməyə cəhd edən, ona pul təklifi edən ölkələr sırasında ABŞ və Azərbaycan da olub.

Əslində Azərbaycan tərəfi Karuanaya ABŞ-dan daha çox pul təklif edib. Lakin, Karuana yekunda Amerikanı seçib.

Əslində İtaliya rəsmiləri onun ölkəni təmsil etməkdə davam etməsini təmin etmək üçün çox səy göstəriblər.

İtaliyalılar Karuanaya ildə $90,000, amerikalılar isə $200,000 təklif ediblər.

Azərbaycan bir qədər də çox pulla danışıqlar masasına gəlsə də, Karuana ABŞ-ı seçib. Azərbaycan Şahmat Federasiyası məsələyə şərh verməkdən imtina edib.”

Beləliklə, burnumuzun ucunda Ramin Quliyevin gedib başqa ölkə üçün qızıl medallar qazanmasını, bayraq ucaltmasını dərin peşmançılıq hissi ilə  seyr etdik. Sonra isə, başda Şəhriyarla, öz şahmat vunderkindlərimiz dura-dura, italyan əsilli Karuananı milliləşdirməyə çalışdıq.

Əməkhaqları və pensiyaların artırılması ilə bağlı işlərə başlanılıb - Nazirlik 16 Oktyabr 2021, 18:33 "Azəriqaz" rəhbərindən qazın qiyməti ilə bağlı AÇIQLAMA 16 Oktyabr 2021, 18:21 “Azəriqaz” rəhbəri canlı yayımda sualları cavablandırır 16 Oktyabr 2021, 17:55 Azərbaycan bu strateji yüksəkliyə nəzarəti ƏLƏ ALACAQ 16 Oktyabr 2021, 17:49 İranda güclü zəlzələ olub 16 Oktyabr 2021, 17:13 Koronavirus əleyhinə peyvənd olunanların SAYI 16 Oktyabr 2021, 16:51 Prezidentin sərəncamı 1,8 milyon vətəndaşı əhatə edəcək 16 Oktyabr 2021, 16:41 Yoluxma artdı: 12 nəfər öldü 16 Oktyabr 2021, 16:38 "Azərişıq"dan yeni tariflə bağlı AÇIQLAMA 16 Oktyabr 2021, 16:31 Milli Məclisdə ukraynalı deputatlarla görüş - FOTO 16 Oktyabr 2021, 16:15 Dünyada qaz qiymətləri ötən illə müqayisədə 20-30 dəfə qalxıb - SOCAR 16 Oktyabr 2021, 16:10 İcra başçısı və deputat şəhidin məzarını ziyarət etdi - FOTO 16 Oktyabr 2021, 15:57 Prezident Şəmistan Əlizamanlını TƏLTİF ETDİ 16 Oktyabr 2021, 15:44 Hökumət Prezidentin sərəncamının icrasına BAŞLADI 16 Oktyabr 2021, 15:43 İranda daha 181 nəfər koronavirusdan öldü 16 Oktyabr 2021, 15:38 Maaşlar, pensiyalar və təqaüdlər ARTIRILIR 16 Oktyabr 2021, 15:21 Prezident Bəhram Bağırzadəni MÜKAFATLANDIRDI 16 Oktyabr 2021, 15:12 Elton Hüseynəliyevlə Xəyyam Nisanova fəxri ad verildi 16 Oktyabr 2021, 15:06 Azərbaycanda qaz və işıq tarifləri DƏYİŞDİRİLDİ 16 Oktyabr 2021, 14:44 Qarabağın işğaldan azad olunması su probleminin həllinə dəstək oldu 16 Oktyabr 2021, 14:31 Putinin “pis sülh və “yaxşı müharibəifadəsi: Bizə hansı məqbuldur? 16 Oktyabr 2021, 14:30 Bu direktorlar vəzifəsindən azad edilib  16 Oktyabr 2021, 14:22 Prezident fəxri adlar verdi - SİYAHI 16 Oktyabr 2021, 14:15 Bir qrup mədəniyyət xadimi təltif edildi - SƏRƏNCAM 16 Oktyabr 2021, 14:06 Merkelin Türkiyə səfəri – Ərdoğanla görüşdü 16 Oktyabr 2021, 13:53 Futbol matçından sonra atışma olub, yaralılar var 16 Oktyabr 2021, 13:32 Füzuli hava limanı beynəlxalq uçuşlar üçün açıqdır – RƏSMİ 16 Oktyabr 2021, 13:19 İşğal dövründə Qarabağda 100 min hektar ərazi yanıb 16 Oktyabr 2021, 13:17 Azərbaycan İnvestisiya Holdinqinin növbəti iclası - FOTO 16 Oktyabr 2021, 13:04 Fransa Qarabağın minalardan təmizlənməsinə yardım edəcək 16 Oktyabr 2021, 13:01 Azərbaycan Ordusu “OSA” zenit-raket komplekslərini İŞƏ SALDI - VİDEO 16 Oktyabr 2021, 12:52 Rusiyada 1 gündə mindən çox insan koronavirusdan öldü 16 Oktyabr 2021, 12:40 Vətəndaşın 4 min manatını mənimsəyən “falçı” saxlanıldı 16 Oktyabr 2021, 12:30 Bazar günü hava necə olacaq? 16 Oktyabr 2021, 12:20 Füzuli Hava Limanı ilə bağlı ŞAD XƏBƏR 16 Oktyabr 2021, 12:16