2 Oktyabr 2021, 09:07 | Ana Səhifə - Yazılar - Gürcü melodramı
Gürcü melodramı

Qəzənfər Həmidoğlu

Saakaşvili nə qədər paradoksal, ekssentrik, uşaqcasına hiperaktiv fiqur olsa da, adekvat, adətən doğru zamanda doğru yerdə olmağı baçaran siyasətçidir. Düzdür, 2008-ci ilin avqustunda “rus tələsi”nə düşməsi az qala gürcü faciəsinə çevriləcəkdi. Lakin bu fiasko Batono Mişanın siyasi karyerasını bitirmədi.


Saakaşvili 18 ildir beynəlxalq diqqəti özünə cəlb etməyi bacarır. Bu sadəcə kritik situasiyalarda cəsarətli addımları ilə deyil, həm də publik oyunçuluq bacarığı ilə bağlıdır. Öz dramının həm ssenaristi, həm rejissoru, həm də aktyoru olan Saakaşvili bəzən rejissor Georgi Daneliyanın “Qüssələnmə” kinokomediyasının qəhrəmanını – Vaxtanq Kikabidzenin gənc həkim Benjamen obrazını xatırladır. Düzdür, fərqli tiplərdir, amma sonucda dramatik gedişatı öz maraqlarınav uyğunlaşdıra bilirlər. 2003-cü ilin “Qızılgül inqilabı” zamanı Saakaşvili etirazçı kütlə ilə parlamentə girəndə Edurad Şevardnadze hakimiyyəti itirəcəyini heç ağlının ucundan keçirmirdi. Və yaxud 2017-ci ilin sentyabrında Saakaşvili öz tərəfdarları ilə Polşadan Ukraynaya keçəndə onu Ukrayna vətəndaşlığından çıxaran Petro Poroşenko ilyarım sonra prezident kürsüsünə vəda etdi.


Saakaşvili artıq “mahir” sərhədpozandır. 4 il əvvəl o, Polşa-Ukrayna sərhədini izdihamlı yürüşlə pozmuşdu. İndi isə gürcü hakimiyyəti baş sındırır ki, eks-prezident Gürcüstana necə soxulub və ya hardan “düşüb”...


Rustavi türməsində tibbi yoxlamadan keçərkən polisə təbəssüm “hədiyyə” etməsi eks-prezidentin həbsini əvvəldən ssenarisinə daxil etməsindən xəbər verir. Gürcüstanın keçmiş birinci ledisi - hollandiyalı Sandra Rulofsdan ayrılan 53 yaşlı Saakaşvilinin Ukrayna Ali Radasının 31 yaşlı deputatı Liza Yasko ilə tezəlikcə evlənməsi isə təbii ki, könül işidir. Amma ssenarini daha effektili və dramatik edir. Üstəlik, “Gürcü arzusu” üçün sürpriz oldu. İvanişvilinin “uşaqları” sadəcə Gürcüstanın GUAM-dakı müttəfiqinin – Ukraynanın prezidenti Zelenskinin baş islahatçısını deyil (Saakaşvili Ukrayna prezidenti yanında İslahatlar komitəsinin sədridir), həm də Kiyevdəki hakim “Xalqın qulluqçusu” partiyasından olan deputatın ərini də tutublar.


Saakaşvilinin qayıdışı bu gün keçiriləcək bələdiyyə seçkilərində eks-prezidentin Vahid Milli Hərəkat (VMH) Partiyasının sıralarını və mövqelərini gücləndirməklə hakim “Gürcü arsusu”nun planlarına zərbə vura bilər. Düzdür, Saakaşvilini sevməyənlər də az deyil, onun opponentlərinin sıralarını sıxlaşdırması da gözlənilir. Bütünlükdə, Gürcüstanda parlament seçkisi ilə başlayan böhranın yaxın perspektivdə dərinləşəcəyi ehtimalı yüksəkdir. Bu ilin aprelində AB prezidenti Şarl Mişelin vasitəçiliyi ilə hakimiyyət və müxalifət böhrandan çıxış anlaşması imzalamışdılar. “Şarl Mişel planı”na əsasən, “Gürcü arzusu” yerli seçkilərdə 43%-dən az səs yığsa, 2022-ci ildə ölkə erkən parlament seçkisinə gedəcək. VMH bu anlaşmaya sentyabrda imza atıb, həmin vaxta qədər - artıq iyulda “Gürzü arzusu” anlaşmanı tərk etmişdi. Bu fonda “Gürcü arzusu”nun “Mişel planı”na əməl edəcəyinə şübhələr var. Əgər bələdiyyə seçkilərində az səs yığan iqtidar partiyası erkən parlament seçkisinə razılıq verməsə, bu, həm daxildə, hən də Qərb dairələrində anlayışla qarşılanmayacaq, “Gürcü arzusu” ciddi siyasi zədə alacaq. Üstəlik, Saakaşvili faktoru hakim qüvvə üçün artıq əlavə ciddi başağrısına çevrilməkdədir.


Hazırda Rusiya meylli gürcü kilsəsinin müqaviməti və müxalifətdaxili ziddiyyətlər fonunda Saakaşvilinin növbəti “həppi ənd”ə yetişməsi elə də asan görünmür və uzun sürə bilər.

“Qubadlı” yarımstansiyasının açılışı oldu 25 Oktyabr 2021, 14:10 İrəvandan YENİ TƏXRİBAT: Qarabağa 300 milyon ayıracaq 25 Oktyabr 2021, 14:05 İlham Əliyev Ermənistanla sərhəddə hərbi hissənin AÇILIŞINDA 25 Oktyabr 2021, 14:00 Xanlıq-Qubadlı yolunun təməli qoyuldu 25 Oktyabr 2021, 13:56 Prezidentlə xanımı QUBADLIDA 25 Oktyabr 2021, 13:51 “Delimitasiya üçün Xalq Cümhuriyyətinin xəritəsi əsas götürülsün!” – TƏKLİF 25 Oktyabr 2021, 13:45 Ankarada kompozisiya təqdim olundu 25 Oktyabr 2021, 13:40 Koronavirus xəstəsi evi TƏRK ETDİ 25 Oktyabr 2021, 13:34 Ombudsman Ermənistan cinayətlərindən DANIŞDI 25 Oktyabr 2021, 13:28 Şənbə-bazarın yol terroru - 8 qəza, 8 ölü 25 Oktyabr 2021, 13:22 Ən çox və ən az məhbusu olan ölkələr: Azərbaycan neçəncidir? - REYTİNQ 25 Oktyabr 2021, 13:17 Rayon sakinlərindən odlu silah GÖTÜRÜLDÜ 25 Oktyabr 2021, 13:12 Koronavirusun delta ştammının FOTOSU 25 Oktyabr 2021, 13:06 Dələduz qadın tutuldu 25 Oktyabr 2021, 13:00 Azərbaycanın mükafatı fəxri konsula verildi 25 Oktyabr 2021, 12:54 Hamilə qadınlar da peyvənd oluna bilər - RƏSMİ 25 Oktyabr 2021, 12:48 Hadi Rəcəbli HARALARDADI... 25 Oktyabr 2021, 12:45 Rusiya ilə Ermənistan Zəngəzurda hərbi təlimlər KEÇİRDİ 25 Oktyabr 2021, 12:39 Goranboyda şəhidin məzarı ziyarət olunub 25 Oktyabr 2021, 12:35 Qanunsuz meşə materialı AŞKARLANDI 25 Oktyabr 2021, 12:31 Prokurorluq 37 yaşlı kişinin ölümünü ARAŞDIRIR 25 Oktyabr 2021, 12:26 Türkiyədə meşələri yandıran 7 rusiyalı saxlanıldı 25 Oktyabr 2021, 12:20 Azərbaycan hansı ölkədən hərbi təyyarələr alacaq? 25 Oktyabr 2021, 12:15 Sabah Bakıda yağış yağacaq 25 Oktyabr 2021, 12:10 8 maşından OĞURLUQ ETDİ 25 Oktyabr 2021, 12:05 Mehriban Əliyeva Qubadlıdan paylaşım etdi - FOTO 25 Oktyabr 2021, 12:00 Qahirədə müdavimlərlə GÖRÜŞ   25 Oktyabr 2021, 11:55 Sərxoş oğru TUTULDU 25 Oktyabr 2021, 11:50 DOST Mərkəzinə MEDİATUR 25 Oktyabr 2021, 11:46 İrəvan-Gümrü qatarı daşa basıldı 25 Oktyabr 2021, 11:42 Azərbaycanın Türkiyəyə ixracı 2 milyard dollara çatır 25 Oktyabr 2021, 11:38 Paşinyan Qafqazda “sülh dövrü”nün başlandığını ELAN ETDİ 25 Oktyabr 2021, 11:34 Bakının mərkəzində qumbara tapıldı - FOTO 25 Oktyabr 2021, 11:30 Tuneldə QƏZA - FOTO 25 Oktyabr 2021, 11:27 Ermənistan hərbi xərclərini artırır – Paşinyan AÇIQLADI 25 Oktyabr 2021, 11:25