Modern.az

Manukyan Gümrüyə buraxılmadı 

Manukyan Gümrüyə buraxılmadı 

17 Yanvar 2021, 09:28

Ermənistanın Şirak bölgəsinin əhalisi müxalifətin baş nazir postuna namizədi Vazgen Manukyanın Gümrüya girməsinə icazə verməyib.

 

Modern.az "Panarmenian"a istinadla xəbər verir ki, özlərini baş nazir Nikol Paşinyanın tərəfdarları adlandıran kütlə "bizim baş nazirimiz Nikoldur, rədd ol, Manukyan" şüarları səsləndiriblər. Aksiya iştirakçıları keçmiş baş nazir Manukyanı xain də adlandırıblar. 

 

Vazgen Manukyan isə etirazçıları "evsiz kütlə" adlandıraraq geri dönüb. 

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə