Modern.az

Ermənistan XİN: “Türkiyə ilə danışıqlar aparılmır”

Ermənistan XİN: “Türkiyə ilə danışıqlar aparılmır”

Dünya

13 Sentyabr 2021, 14:13

“Hazırda Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşdırılması üçün heç bir danışıqlar aparılmır”.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistan XİN-i “Azadlıq” radiosunun erməni xidmətinin sorğusuna cavab olaraq bildirib.

 

“Erməni və türk diplomatların kontaktı yalnız beynəlxalq gündəliyin bəzi məsələlərinin müzakirəsi ilə məhdudlaşır”,- deyə Nazirlik əlavə edib.

 

Xatırladaq ki, son vaxtlar Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması və diplomatik münasibətlərin bərpası barədə müzakirələr aktivləşib.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi