Modern.az

Aİ Rusiyaya qarşı sanksiyaları pozanları cəzalandıracaq

Aİ Rusiyaya qarşı sanksiyaları pozanları cəzalandıracaq

Dünya

28 Noyabr 2022, 20:41

Avropa İttifaqı (Aİ) ölkələri Rusiyaya qarşı sanksiyaların pozulmasını cinayətlər siyahısına əlavə edib.

 

Modern.az xəbər verir ki, qərar üzv dövlətlər tərəfindən yekdilliklə qəbul edilib.

 

Aİ-nin Ukrayna müharibəsi ilə əlaqədar Rusiyaya qarşı bir sıra məhdudlaşdırıcı tədbirlər gördüyü və bu tədbirlərin tam şəkildə həyata keçirilməsinin vacib olduğu bildirilib.

 

Qeyd edilib ki, qərar sanksiyaları pozmağa cəhd edənlərə qarşı çəkindirici amil olacaq.

 

Akif İsmayılov 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi