Modern.az

Polşa baş naziri Ukrayna ilə bağlı prioritetlərini açıqladı

Polşa baş naziri Ukrayna ilə bağlı prioritetlərini açıqladı

Dünya

9 Fevral 2023, 17:10

Polşanın baş naziri Mateuş Moraveyski rəsmi Varşavanın Ukrayna ilə bağlı prioritetlərini açıqlayıb.

 

Modern.az xəbər verir ki, o, Avropa İttifaqının sammitindəki çıxışı zamanı səsləndirdiyi fikirləri tviter səhifəsində də paylaşıb.

 

"1. Döyüşən Ukrayna ilə bağlı hərbi və maliyyə dəstəyində Aİ əməkdaşlığı;

 

2. 10-cu sanksiyalar paketinin tətbiqi;

 

3. Rusiya Federasiyasının əmlakının müsadirə edilməsi və Ukraynanın bərpasına yönəldilməsi, həmçinin bu vəsait hesabına vətəndaşlar üçün enerji qiymətlərinin aşağı salınması", - deyə Baş nazir qeyd edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!