Modern.az

Peskovdan İrəvana KTMT mesajı

Peskovdan İrəvana KTMT mesajı

Dünya

22 Noyabr 2023, 13:46

Kreml İrəvanın KTMT çərçivəsində fəaliyyətini davam etdirəcəyini gözləyir.

 

Modern.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

 

"Təbii ki, sabah bu sammitdə Ermənistanın yüksək səviyyədə iştirakının olmayacağını təəssüflə ifadə etmək olar. Ümid edirik ki, işçi, ekspert səviyyəsində iştirak olacaq. Amma təbii ki, Ermənistanın təşkilat çərçivəsində fəaliyyətini davam etdirəcəyini gözləyirik", - o əlavə edib.

 

Qeyd edək ki, Ermənistan rəsmiləri ardıcıl olaraq KTMT toplantılarında iştirakdan imtina ediblər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranda partlayış səsləri - Xameneinin yaxın adamı ÖLDÜRÜLDÜ