Modern.az

Ərdoğanla Tramp nələrdən danışıb? - Fidan açıqladı

Ərdoğanla Tramp nələrdən danışıb? - Fidan açıqladı

Dünya

28 Sentyabr 2025, 00:05

ABŞ və Türkiyə ikitərəfli problemləri həll etmək istəyir.

 

Modern.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan BMT Baş Assambleyasının 80-сi sessiyasından sonra jurnalistlərə açıqlamasında deyib.

 

O bildirib ki, bununla bağlı hər iki tərəfdə niyyət var. H.Fidan tərəflərin enerji məsələləri, ABŞ-nin sanksiyaları və müxtəlif regional fikir ayrılıqları ilə əlaqədar problemlərin həlli ilə bağlı qarşılıqlı iradənin olduğunu diqqətə çatdırıb.

 

Bundan başqa, nazir bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampı Ankaraya rəsmi səfərə dəvət edib.

 

Nazir ABŞ və Türkiyənin NATO müttəffiqi olduğunu xatırladıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin ŞƏRT QOYDU - Paşinyan bunu rədd etdi - Gündəm Masada - Media Turk TV