Modern.az

Ərdoğan Trampla Xameneini görüşdürmək istəyir

Ərdoğan Trampla Xameneini görüşdürmək istəyir

Dünya

29 Yanvar 2026, 11:40

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ prezidenti Donald Trampla apardığı telefon danışığının bəzi detalları açıqlanıb.

Modern.az xəbər verir ki, Türkiyənin “Hürriyet” qəzetinin məlumatına görə, yanvarın 28-də gerçəkləşən telefon danışığı zamanı Ərdoğan Trampla İran məsələsini də müzakirə edib.

Danışığın tam təfərrüatı açıqlanmasa da, “Hürriyet” liderlər arasında baş tutan söhbətlə bağlı bəzi məlumatlar əldə edib.

Qeyd olunur ki, prezident Ərdoğan Trampa deyib: “Gəlin sizi İranla əlaqələndirək, telekonfrans vasitəsilə Tehran rəsmilərilə danışın”.

Trampın bu təklifə müsbət cavab verdiyi bildirilir.

Türkiyə mediası prezident Ərdoğanın ABŞ-İran gərginliyini danışıqlar yolu ilə həll edə biləcəyinin mümkünlüyünü yazıb.

Sizə yeni x var
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır