Ermənistan-İran sərhədini qanunsuz keçməyə cəhd etdiklərinə görə 7 Banqladeş vətəndaşı həbs edilib.
Modern.az Ermənistan İstintaq Komitəsinə istinadən xəbər verir ki,saxlanılan şəxslərə qarşı Ermənistan Cinayət Məcəlləsinin 44-469-cu maddəsinin 3-cü hissəsinin 2-ci bəndi (sərhədi qanunsuz keçməyə cəhd) ilə cinayət işi açılıb.
İstintaq Komitəsi bu işdə başqa şəxslərin iştirak edib-etmədiyini dəqiqləşdirməyib. Əcnəbilərin sərhədi keçmə cəhdinin səbəbləri açıqlanmayıb.