"İranla heç bir razılaşma ehtimalı yoxdur. Mən həmin rejimlə sövdələşmişəm".
Modern.az xəbər verir ki, bunu Donald Trampın ilk prezidentliyi dövründə Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru olmuş Mayk Pompeo deyib.
"Onlar nəyəsə razı ola bilərlər, amma imzaladıqları bütün razılaşmaları, o cümlədən Prezident Obama dövründə imzaladığımız axmaq razılaşmanı - nüvə razılaşmasını pozublar. Onlar onu imzalandığı gün pozmağa başlayıblar".
Pompeonun fikrincə, bölgəyə sülh və əmin-amanlıq üçün ABŞ-nin səyləri çox önəmlidir.