Modern.az

Kreml Rusiya-Ukrayna danışıqlarının vaxtını təsdiqlədi

Kreml Rusiya-Ukrayna danışıqlarının vaxtını təsdiqlədi

Dünya

2 Fevral 2026, 15:30

Ukrayna, Rusiya və ABŞ nümayəndə heyətləri arasında sülh danışıqları üzrə görüş 4-5 fevral tarixlərində keçiriləcək.

Modern.az xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib.

Bir müddət əvvəl Ukrayna prezidenti Volodimir Zelenski də eyni tarixləri açıqlayıb.

Bu görüş 1-2 fevral tarixlərində keçirilməliydi, amma təxirə salınıb.

Yanvarın 23-24də Abu-Dabidə Rusiya, ABŞ və Ukrayna nümayəndələri arasında təhlükəsizlik məsləhətləşmələrinin ilk günü baş tutub. Rusiya danışıqlar qrupuna Silahlı Qüvvələrin Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin rəisi İqor Kostyukov rəhbərlik edib. Üçtərəfli işçi qrupun Ukrayna tərəfinə isə Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov rəhbərlik edib/

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Səidə Bəkirqızıyla Akif Nağı üz-üzə - CANLIDA GƏRGİN ANLAR!