Modern.az

Ermənistan Hindistanla hərbi təlimlər keçirəcək

Ermənistan Hindistanla hərbi təlimlər keçirəcək

Dünya

2 Fevral 2026, 17:05

Ermənistan-Hindistan müdafiə əməkdaşlığının hazırkı vəziyyətini müzakirə ediblər və 2026-cı il üçün iş istiqamətləri barədə razılığa gəliblər.

Modern.az xəbər verir ki, bu barədə Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Edvard Asryan və Hindistan Silahlı Qüvvələrinin Müdafiə Qərargah rəisi general Anil Çauhan təkbətək görüşündə müzakirələr aparılıb.

Tərəflər Ermənistan və Hindistanda təhsil tədbirlərinin, peşəkar hazırlıqların, təlimlərin və hərbi təlimlərin keçirilməsinin, eləcə də müxtəlif sahələrdə təcrübə mübadiləsinin vacibliyini vurğulayıblar.

Asryan Ermənistan Silahlı Qüvvələrinin transformasiyasının əsas istiqamətlərini təqdim edərək, bu prosesdə Hindistanla əməkdaşlığın vacibliyini vurğulayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Səidə Bəkirqızıyla Akif Nağı üz-üzə - CANLIDA GƏRGİN ANLAR!