Modern.az

Nyu-Yorkda 14 nəfər soyuqdan ölüb

Nyu-Yorkda 14 nəfər soyuqdan ölüb

Dünya

2 Fevral 2026, 17:00

Son həftə ərzində şaxtalı hava şəraiti nəticəsində Nyu-York şəhərində on dörd nəfər həlak olub.

Modern.az xəbər verir ki, yerli mediada yayılan bu məlumat şəhər meri Zöhran Mamdani tərəfindən də təsdiqlənib. İlkin məlumata görə, ölənlərdən səkkizi hipotermiya səbəbindən dünyasını dəyişib.

Qeyd edək ki, yanvarın 25-də güclü qar fırtınası nəticəsində Nyu-Yorka rekord miqdarda qar yağıb. Merin sözlərinə görə, küçələrin buzdan təmizlənməsi üçün 188 milyon funt duzdan istifadə olunub.

Şəhər administrasiyası evsizlərə kömək üçün müxtəlif tədbirlər həyata keçirib. Onlar üçün təknəfərlik sığınacaqlar və isitmə məntəqələri açılıb. Həmçinin şəhər daxilində isitmə xidmətləri təklif edən 20 avtobus yerləşdirilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Səidə Bəkirqızıyla Akif Nağı üz-üzə - CANLIDA GƏRGİN ANLAR!