Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib.
Modern.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.
Bildirilib ki, Britaniya 10 rəsmi şəxsə və bir quruma sanksiya tətbiq edib.
Sanksiyaya tətbiq edilmiş rəsmi şəxslər arasında İranın daxili işlər naziri Eskəndər Momeninin də adı var.
Britaniya hökumətin saytında yeni sanksiyalar İranda ciddi insan haqları pozuntuları, söz azadlığının və sərbəst toplaşmaq hüququnun pozulması, bəzi hallarda vətəndaşların yaşamaq hüququnun əllərindən alınması halları ilə əsaslandırılıb.