Modern.az

ABŞ-İran danışıqları İstanbulda keçiriləcək

ABŞ-İran danışıqları İstanbulda keçiriləcək

Dünya

2 Fevral 2026, 20:21

ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkov və İran xarici işlər naziri Abbas Əraqçinin fevralın 6-da İstanbulda mümkün nüvə sazişini müzakirə etmək üçün görüşməsi gözlənilir.

 

Modern.az-ın məlumatına görə, bu barədə “Axios” iki mənbəyə istinadən yazıb. Mənbə bu görüşün ən yaxşı ssenari olduğunu bildirib, lakin bununla bağlı qərarın hələ qəti olmadığını vurğulayıb.

 

Planlaşdırılan görüş Türkiyə, Misir və Qətərin son bir neçə gün ərzində diplomatik səyləri nəticəsində gerçəkləşəcək. Bu, danışıqların dayandırılmasından və ötən ilin iyun ayında baş verən 12 günlük müharibədən sonra ABŞ və İran rəsmiləri arasında ilk görüş olacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Səidə Bəkirqızıyla Akif Nağı üz-üzə - CANLIDA GƏRGİN ANLAR!