Ukrayna İran İnqilab Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı kimi tanıyıb.
Modern.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski xalqa çıxışı zamanı deyib.
"Biz Ukraynada artıq bu qərarı qəbul etmişik və bu təşkilatı terror təşkilatı kimi tanımışıq. Bizim üçün bu məsələ bağlanıb. Dünyadakı bütün terrorçular bərabər münasibətə və qınaqlara layiqdirlər, heç kim qalib gəlməməlidir", - Zelenski deyib.