Modern.az

Tehranın ən böyük bazarında güclü yanğın - VİDEO

Tehranın ən böyük bazarında güclü yanğın - VİDEO

Dünya

3 Fevral 2026, 12:16

İranın Tehran şəhərində Cənnətabad məntəqəsində bazarda güclü yanğın başlayıb.

Modern.az-ın məlumatına görə, bunu Tehran Yanğınsöndürmə İdarəsinin sözçüsü Calal Məleki yerli mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, yerli vaxtla saat 09:55-də başlayan yanğın 2 min kvadratmetr ərazini əhatəyə alıb.

Məleki bildirib ki, yanğının söndürülməsi üçün əraziyə yanğınsöndürən texnika cəlb olunub.

Yanğının səbəbi hələlik məlum deyil.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Səidə Bəkirqızıyla Akif Nağı üz-üzə - CANLIDA GƏRGİN ANLAR!