Modern.az

Ermənistan İsraillə əməkdaşlığa hazırlaşır

Ermənistan İsraillə əməkdaşlığa hazırlaşır

Dünya

3 Fevral 2026, 13:28

Ermənistan və İsrail təhsil və süni intellekt sahəsində əməkdaşlıq məsələlərini müzakirə etdilər.

Modern.az xəbər verir ki, İsrailə işgüzar səfəri çərçivəsində Ermənistanın təhsil, elm, mədəniyyət və idman naziri Janna Andreasyan "Təhsil 2026" konfransında iştirak edib. Forum təhsil siyasətinin süni intellekt dövrünə uyğunlaşdırılmasına yönəldilib.

Görüşlər zamanı tərəflər müasir tədris proqramlarının hazırlanması və müəllim hazırlığı da daxil olmaqla, əməkdaşlığın əsas sahələrini müzakirə etdilər.

Hər iki ölkədə STEM təhsilinin inkişafına, rəqəmsal savadlılığın artırılmasına və innovativ tədris metodlarının tətbiqinə xüsusi diqqət yetirilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Səidə Bəkirqızıyla Akif Nağı üz-üzə - CANLIDA GƏRGİN ANLAR!