Modern.az

16 yaşı olmayanlara sosial şəbəkələr qadağan olunur 

16 yaşı olmayanlara sosial şəbəkələr qadağan olunur 

Dünya

3 Fevral 2026, 17:36

İspaniyada 16 yaşdan kiçik uşaqların İnstaqram və TikTok da daxil olmaqla sosial mediadan istifadəsini qadağan etmək planlaşdırılır.

Modern.az xəbər verir ki, ölkənin Baş naziri Pedro Sançes bu yaş qrupu üçün sosial mediadan istifadəsini qadağan etmək niyyətində olduğunu və platformalardan yaş təsdiqləməsini tətbiq etməyi tələb etdiyini açıqlayıb. O, sosial medianı dezinformasiya və nifrət nitqinin təşviq edildiyi "uğursuz dövlət" adlandırıb.

Bu təşəbbüs ümumavropa trendini izləyir. Belə ki, oxşar məhdudiyyətlər artıq Avstraliyada tətbiq edilib və Fransada təsdiqlənib. İspaniya qanunvericiliyi həmçinin platforma rəhbərləri üçün qanunsuz və ya nifrət dolu məzmunu silmədiklərinə görə hüquqi və cinayət məsuliyyəti nəzərdə tutur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Səidə Bəkirqızıyla Akif Nağı üz-üzə - CANLIDA GƏRGİN ANLAR!