Modern.az

“Epşteyn sənədləri”ndə Angela Merkelin də adı hallanır

“Epşteyn sənədləri”ndə Angela Merkelin də adı hallanır

Dünya

3 Fevral 2026, 18:35

“Epşteyn sənədləri”ndə Almaniyanın keçmiş kansleri Angela Merkelin də adının keçdiyini iddia edilir.

Modern.az xəbər verir ki, bununla bağlı Almaniyanın “Merkur” nəşri məlumat yayıb.

Bildirilib ki, həmin sənədlərdə Merkel xüsusi rolda təqdim olunur.

Hesabatlarda o, daha çox “qlobalist Avropa Birliyinin simvolu” kimi xarakterizə edilib.

Məlumata əsasən, ABŞ Prezidenti Donald Trampın keçmiş müşaviri Stiv Bennon Epşteynlə Avropanın sağçı partiyaları ilə bağlı yazışmalar aparıb. Həmin yazışmalarda Bennonun “Almaniya üçün Alternativ” (AfD) partiyasının nümayəndələri, İtaliyanın Baş nazirinin müavini Matteo Salvini və Macarıstanın Baş naziri Viktor Orbanla əlaqələrindən söz açdığı qeyd olunur.

Qeyd olunur ki, sənədlərdə Angela Merkellə bərabər, Ukrayna Prezidenti Volodimir Zelenski, Fransa Prezidenti Emmanuel Makron da daxil olmaqla, onlarla tanınmış Qərb siyasətçisinin adına rast gəlinir. Ümumilikdə 3 milyondan artıq faylı özündə birləşdirən bu iri arxivdə 2000-dən çox video və 180 mindən artıq fotoşəkil mövcuddur.

Whatsapp
Bizə yazın!
Keçid et
Səidə Bəkirqızıyla Akif Nağı üz-üzə - CANLIDA GƏRGİN ANLAR!