İsrail və Azərbaycan arasında süni intellekt sahəsində əməkdaşlığa dair saziş imzalanıb. İmzalanma mərasimi İsrailin baş naziri Benjamin Netanyahunun iştirakı ilə baş tutub.
Modern.az xəbər verir ki, sazişin imzalanması mərasimində çıxış edən Netanyahu Azərbaycan Prezidenti İlham Əliyevə salamlarını çatdırıb.
“Zəhmət olmasa, Prezident Əliyevə ən səmimi salamlarımı çatdırın”, – deyə İsrailin baş naziri bildirib.
Netanyahu həmçinin Azərbaycan Prezidentini İsrailə dəvət edib.