Modern.az

İran ABŞ-la Türkiyədə görüşmək istəmir 

İran ABŞ-la Türkiyədə görüşmək istəmir 

Dünya

3 Fevral 2026, 21:55

İran ABŞ ilə planlaşdırılan danışıqlarla bağlı şərtlər irəli sürüb və görüşlərin Türkiyədə keçirilməsinə qarşı çıxıb.

Modern.az xəbər verir ki, bu barədə "Axios" portalı öz mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, İran tərəfi danışıqların formatının dəyişdirilərək yalnız ikitərəfli - ABŞ və İran arasında aparılmasını, həmçinin görüş yerinin İstanbuldan Omana köçürülməsini tələb edir.

Nəşrin yazdığına görə, vəziyyətlə tanış olan iki mənbə bildirib ki, Tehran bu tələbi bu cümə günü keçirilməsi planlaşdırılan danışıqlar ərəfəsində irəli sürüb. İran tərəfi danışıqlarda ərəb və müsəlman ölkələrinin müşahidəçi qismində iştirakını da istəmir.

Portalın qeyd etdiyinə görə, Tehran Vaşinqtonla birbaşa təmaslara üstünlük verir və çoxtərəfli formatın danışıqlar prosesinə əlavə çətinliklər yaratdığını düşünür. ABŞ tərəfinin bu tələblərə necə cavab verəcəyi hələlik açıqlanmayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Səidə Bəkirqızıyla Akif Nağı üz-üzə - CANLIDA GƏRGİN ANLAR!