Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Rusiya, Ukrayna və ABŞ arasında üçtərəfli danışıqların ikinci mərhələsi başlayıb.
Danışıqların iki gün, 4-5 fevral tarixlərində davam etməsi gözlənilir.
Modern.az xəbər verir ki, RİA Novosti-nin məlumatına görə, görüş qapalı keçirilir və ondan sonra mətbuat konfransı planlaşdırılmır.
TASS-ın məlumatına görə, Əbu-Dabidəki danışıqlar Ukraynanın NATO-ya qoşulmaması şərti ilə aparılır.
Politico Ukrayna və Amerika rəsmilərinə istinadən qeyd edir ki, danışıqların ikinci mərhələsi gözləniləndən daha ümidverici ola bilər.
Rusiya tərəfdən danışıqlara Baş Qərargahın idarə rəisi admiral İqor Kostyukov, Ukrayna tərəfdən isə Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov rəhbərlik edir.