Modern.az

Pezeşkian Şamxanini yüksək vəzifəyə təyin etdi

Pezeşkian Şamxanini yüksək vəzifəyə təyin etdi

Dünya

6 Fevral 2026, 08:59

İran Prezidenti Məsud Pezeşkian ali rəhbər Əli Xameneinin siyasi müşaviri kontr-admiral Əli Şamxanini yeni vəzifəyə təyin edib.

Modern.az xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.

Müvafiq sərəncama əsasən, Şamxani İslam Respublikası Müdafiə Şurasının Baş katibi vəzifəsini icra etməyə başlayıb.

Təyinat davam edən regional və beynəlxalq təhlükəsizlik problemləri fonunda baş verib. Şamxani İranın hərbi-siyasi rəhbərliyində əsas fiqur hesab olunur. O, uzun illər Ali Milli Təhlükəsizlik Şurasının katibi vəzifəsində çalışıb.

Müdafiə Şurasının əsas vəzifələrinə ölkənin müdafiə qabiliyyətini gücləndirmək, yeni təhdidlərə qarşı mübarizə aparmaq, müdafiə qərarlarının qəbul edilməsini əlaqələndirmək və təkmilləşdirmək daxildir.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! İranda partlayış səsləri - Xameneinin yaxın adamı ÖLDÜRÜLDÜ