Rusiya Prezidenti Vladimir Putinə Müdafiə Nazirliyinin general-leytenantı və Silahlı Qüvvələr Baş Qərargahının Baş Kəşfiyyat İdarəsi rəisinin birinci müavini Vladimir Alekseyevlə bağlı vəziyyət barədə məlumat verilib.
Modern.az xəbər verir ki, bu barədə jurnalistlərə Prezidentin mətbuat katibi Dmitri Peskov bildirib.
Peskov deyib ki, xüsusi xidmət orqanları hazırda öz işlərini görür.
"Əvvəlcə generala sağ qalmağı arzulayırıq. Ümid edirik ki, bu, belə olacaq", - deyə o əlavə edib.
Prezidentin mətbuat katibi qeyd edib ki, yüksək rütbəli hərbçilər təhlükə altındadırlar, lakin onların təhlükəsizliyinin necə təmin ediləcəyini müzakirə etmək Kremlin deyil, təhlükəsizlik xidmətlərinin səlahiyyətidir.
6 fevralda Moskvanın Volokolamskoye şossesində naməlum şəxsin general-leytenant Vladimir Alekseyevə bir neçə dəfə atəş açaraq qaçıb. Alekseyev xəstəxanaya yerləşdirilib.
Qətl cəhdi və qanunsuz odlu silah qaçaqmalçılığı ilə bağlı cinayət işi açılıb və prokurorluq istintaqı öz üzərinə götürüb.
Alekseyev 2017-ci ildə Rusiya Qəhrəmanı adına layiq görülüb. O, 2011-ci ildən Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Kəşfiyyat İdarəsi rəisinin birinci müavini vəzifəsini tutur.