Pakistanın paytaxtı İslamabadın Tarlay rayonunda yerləşən Xədicətül-Kubra adlı şiə məscidində partlayış baş verib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, partlayış nəticəsində azı 24 nəfər ölüb, 101 nəfər yaralanıb.
Ehtimala görə partlayışı terrorçu törədib. Özü də həlak olub. Lakin bu məlumat hələlik rəsmi şəkildə təsdiqlənməyib.
İslamabad polisi hadisənin detallarını araşdırır.