Modern.az

Rusiya Cənubi Qafqazı tamamilə itirdi

Rusiya Cənubi Qafqazı tamamilə itirdi

Dünya

6 Fevral 2026, 18:43

ABŞ-ın tanınmış siyasi analitiki, "Stratfor" analitik mərkəzinin qurucusu Corc Fridman Rusiyanın Cənubi Qafqaz üzərində nəzarətini faktiki olaraq itirdiyini bildirib.

Modern.az xə xəbər verir ki, Fridman bu fikirləri "Geopolitical Futures" podkastında səsləndirib.

Analitikin sözlərinə görə, Rusiyanın postsovet məkanındakı təsiri xüsusilə Cənubi Qafqaz və Mərkəzi Asiyada zəifləyib. O, bunu Ukraynadakı müharibədə Moskvanın strateji uğursuzluğu ilə əlaqələndirib. Fridman qeyd edib ki, Azərbaycan, Ermənistan və Gürcüstan müstəqil siyasətlərini gücləndiriblər və hazırda ABŞ-ın siyasi təsiri bu regionda daha qabarıq görünür.

Onun fikrincə, Rusiyanın Qərb istiqamətində “təhlükəsizlik buferi” yaratmaq cəhdləri də nəticəsiz qalıb və bu proses iqtisadi amillərlə daha da dərinləşir. Analitik Hindistanın Rusiya neftindən imtinasını Moskvanın qlobal iqtisadi təsirinin azalmasının göstəricisi kimi dəyərləndirib.

Məqalədə vurğulanır ki, ABŞ-ın iştirakı ilə Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanması və TRIPP layihəsi Rusiyanın Cənubi Qafqazdakı mövqelərinin zəifləməsinin nəticələri kimi qiymətləndirilir. Rəsmi Moskva isə regiondan çəkilmək niyyətində olmadığını bildirsə də, proseslərin onun iştirakı olmadan irəliləməsi Kremlin narahatlığını artırır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putinin generalı GÜLLƏLƏNDİ - Rusiyada ara qarışır